Bu maraqlıdır!

Nəyə görə gəmilər suda batmır?

Gəmilər nəyə görə suda batmır? Niyə balaca dəmir parçası mütləq suyun dibinə gedir, böyük gəmi isə sakit şəkildə üzür? Axı o da dəmirdən hazırlanıb, özü də çox ağırdır. Gəmi üstəlik çoxsaylı şəxsi heyəti, sərnişinləri daşıyır, ona çoxlu yük yığırlar və çəkisi daha da artır.


Bunun sirri sadədir. Biz, əlbəttə, bilirik ki, hava sudan xeyli yüngüldür. Gəminin içərisində, yəni korpusunda hava ilə dolu boşluq var. Hava gəmini batmağa qoymur və onu suyun üzərində saxlayır. Buna görə də, ağır yükdaşıyan gəmilər belə açıq dənizin səthində asanlıqla hərəkət edə bilir.


Gəmini bir növ suyun üzərinə itələyən hava səbəbindən o batmır, maraqlı elm - fizikanın qanunları belədir.


Arximed qanununa əsasən, mayeyə batırılmış cisim onun çıxardığı mayenin çəkisinə bərabər qüvvə ilə geri itələnir.


Gəminin su altında olan hissəsi möhkəm və etibarlı şəkildə bərkidilir. Gəminin çəkisi bütün gücü ilə onu suyun dibinə çəkir, göyərtəsində olan hava isə, əksinə, onu suyun üzərinə itələyir.

 

Beləliklə, lazımi balans yaranır və tonlarla çəkisi olan nəhəng gəmi dəniz səthində əzəmətlə üzür. Sualtı qayıqlar da eyni prinsipə görə suyun dibinə enir.