Xəbərlər

"Star Kids Group" MMC uşaqlar üçün Yeni il şənliyi keçirəcək

Bakı, 11 dekabr, AZƏRTAC

 


Hər il olduğu kimi bu il də "Star Kids Group" MMC balaca dostlarımız üçün möhtəşəm Yeni il şənliyi keçirəcək.


Dekabrın 24-də "Qafqaz" otelində təşkil ediləcək "KIDS PARTY" adlı şənlikdə Yeni ilin əvəzolunmaz personajları Şaxtababa və Qar qız, məzəli nağıl qəhrəmanları, müxtəlif şou çıxışları, eləcə də alov şousu, şar şousu, köpük şousu və digər maraqlı proqramlar uşaqlara bayram əhval-ruhiyyəsi yaşadacaq. 


Tədbirin qida menyusuna uşaqlar üçün paytaxt və mimoza salatları, blinçiklər, kartof firi, toyuqlu buterbrod və təbii şirələr daxildir.


Biletləri "Star Kids Group" MMC-dən sifariş etmək mümkündür. Qeyd edək ki, tədbirdə peşəkar foto və video çəkilişləri də olacaq.