Xəbərlər

26 yaşlı gənc dünyanın ən zəngin "YouTuber"i olub

26 yaşlı gənc dünyanın ən zəngin "YouTuber"i olub.


AZƏRTAC "ntv.com.tr" istinadla xəbər verir ki, həmin gəncin dünyanın ən böyük video platforması olan "Youtube"da 16 milyon izləyicisi var və o, bu il ərzində 16,6 milyon dollar qazanıb.


Belə ki, Dan Middleton adlı gəncin "Youtube"da üç min videosu var. Bu vaxta qədər həmin videolara baxış sayı 11,5 milyarddan çoxdur. O, "Youtube"da yüklədiyi videolarda yerləşdirdiyi reklamlara görə 68 faiz qazanc əldə edib.