Xəbərlər

Qırğızıstan məktəblərində mobil telefonlar qadağan edilə bilər

Bakı, 13 dekabr,  AZƏRTAC

 


Qırğızıstan parlamentinin deputatları ümumtəhsil məktəblərində mobil telefonların qadağan edilməsi təklifi ilə çıxış ediblər.


AZƏRTAC Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bununla bağlı layihə artıq ölkədə ictimaiyyətinin müzakirəsinə çıxarılıb.


Layihədə qeyd olunur ki, bu addımın atılmasına zərurət yaranıb. Belə ki, uşaqların virtual aləmə daxil olması halları kəskin artıb. Bu isə öz növbəsində zorakılığa, əsəb pozğunluquna və digər mənfi hallara yola açır ki, bu da narahatlıq doğurur.