Təbiət

Şimşək nə səbəbdən çaxır?

Ən çox yaz aylarında, hava ilıq və nəmli olanda ildırım çaxır və göy guruldayır. Qış aylarında havanın alçaq və yüksək qisimləri arasında istilik fərqi az, alçaq səviyyələrdə isə nəm çox olduğundan şimşək, ildırım və nəticədə göy gurultusu hadisəsi daha az baş verir. 


Şimşək və ya ildırım ətraflarındakı havanı  çox qısa müddətdə - saniyənin milyonda bir hissəsində 30.000 dərəcəyə qədər isidir. İstilənən bu hava birdən genişlənir, normal atmosfer təzyiqinin haradasa 100 mislinə bərabər təzyiqlə, çox iti sürətlə səs dalğaları yayır. Bu, eynilə səsdən sürətli təyyarələrdə olduğu kimi, qulağımıza partlama səsi kimi çatır. Buna göy guruldaması deyilir. 

 

Şimşək də, ildırım da tək bir hadisə deyil, eyni hadisənin birləşməsidir. İldırımın ilk çaxmasından sonrakı yuxarı doğru dairəvi çaxması zamanı, elektrik cərəyanı daha güclü olduğundan eşitdiyimiz ikinci səs də birincidən güclü olur. Göy gurultusunun səsi bizə səs sürəti ilə çatarkən, şimşək və ildırımın parıltısı işıq sürəti ilə çatır. Göy gurultusu normal şərtlərdə 24 kilometrdən uzaq məsafələrdən eşidilmir.