Xəbərlər

Türkiyəli “qızıl uşaq”

Bakı, 8 yanvar, AZƏRTAC

 

12 yaşlı türkiyəli qız fiqurlu konkisürmə sahəsində dünya rekordunu yeniləyib.


AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, idmançı qız altı illik karyerasında 30 medal qazanıb, onlardan 26-sı qızıldır.


O, müxtəlif beynəlxalq yarışlarda qalib gələrək müəllimlərini, valideynlərini dəfələrlə sevindirib. İdman sahəsindəki bu uğurlarına görə müəllimləri balaca qıza “Qızıl uşaq” adı qoyublar.