Xəbərlər

“Apple” şirkətinə uşaqlarla bağlı xəbərdarlıq edilib

Bakı, 9 yanvar, AZƏRTAC

 


“Apple”ın iki milyard dollarlıq hissəsini əlində tutan iki böyük investor qrupu şirkətə xəbərdarlıq edib. 


AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, şirkətə uşaqların smartfon telefonları istifadə etməsini məhdudlaşdıracaq bir proqram yaratması təklif olunub. Bu təklif telefon mütəxəssisləri tərəfindən yaxşı qarşılanıb.


Jana Partners və Kaliforniyada yerləşən dövlət qurumlarından biri “Apple” şirkətindən telefonların uşaqlar üzərində təsirini bir daha nəzərdən keçirməyi təklif edib. Ona görə də şirkətə bununla bağlı bir məktub göndərilib. Bildirilir ki, telefonun uşaqlara təsiri çox böyükdür. Bu, onlarda depressiya yaradır, dərslərinə mane olur, yuxusuzluğa gətirib çıxarır, onların həyat tərzinə mənfi təsir göstərir. 


Qeyd edək ki, “Apple” şirkəti bu mövzu ilə bağlı hələlik heç bir rəy bildirməyib.