Xəbərlər

Türkiyədə məktəbli zəhərli qazı təmizləyən qurğu hazırlayıb

Türkiyədə Talha Açıkgöz adlı məktəbli zəhərli qazı təmizləyən qurğu hazırlayıb.


AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, televiziyada və ətrafında eşitdiyi zəhərlənmə hadisələrindən təsirlənən məktəbli müəllimlərinin dəstəyi ilə “Avtomatik Hava Təmizləyici” layihəsini hazırlayıb. 


Layihə çərçivəsində hazırladığı qurğu sensorlar sayəsində qapalı ərazilərdə zəhərli qazları aşkar edir və avtomatik olaraq havanı təmizləyir. Məktəblinin hazırladığı qurğu xeyli insanın marağına səbəb olub.