Xəbərlər

Uşaqlara kitab oxumaq müsbət dəyişiklərə səbəb olur

Uşaqlara kitab oxumaq müsbət dəyişiklərə səbəb olur.


AZƏRTAC xəbər verir ki, tədqiqatçılar araşdırma zamanı səsli şəkildə kitab oxumağın uşaqlar üçün faydalı olduğu qənaətinə gəliblər. Belə ki, bu zaman onlarda dil inkişaf edir və oxuma-yazma bacarıqları daha da aktivləşir.


Amerikanın “Tsintsinnati” Uşaq Xəstəxanasının ümumi və ictimai pediatrik departamentlər müdiri Thomas Devittin məlumatına görə, kiçik yaşdan etibarən uşaqlara kitab oxumaq çox əhəmiyyətlidir. Bu, valideynlə övlad arasında ünsiyyətə də müsbət təsir göstərir.

 

Belə ki, bu zaman onlar arasında qarşılıqlı anlaşma yaranır, bu vəziyyət uşaqların sosial həyatında müsbət dəyişikliklərə səbəb olur.