Xəbərlər

Səbət göbələyi

Avstraliya, Yeni Zelandiya və Cənubi Afrikada tapılan İleodiktion göbələyi, Phallaceae fəsiləsinə aiddir. Yumru və ya oval top səbəti quruluşuna görə bu göbələk həmin ərazilərdə səbət göbələyi ve ya ağ səbət göbələyi kimi də tanınır. Yetişməmiş göbələk yeyilə bilən olmasına baxmayaraq, yetkin göbələyin gövdəsi pis iy verir və daxilində göbələk sporlarının olduğu sürüşkən təbəqə ilə örtülür. Rəngi ağ-bozumtul olur. 


Səbət göbələyi saprofitdir.Təbiətdə maddələr dövranında böyük rol oynayır. Onlar ölmüş bitki və heyvanların üzvi qalıqlarını minerallaşdırır. 


Göbələk tək və ya qruplar halında odun qırıntıları, çəmənlik, baxça və əkili torpaq sahələrində bitir. İştah-açıcı görünməsə də yeyilir.