Bu maraqlıdır!

Popkorn nədir

Popkorn dünyada məşhur olan, həm uşaqlar, həm də böyüklər tərəfindən sevilən çərəzdir. Hazırda onun müxtəlif - ənənəvi şirin və duzlu, həmçinin meyvəli, pendirli və ya şokoladlı dad qatqıları ilə hazırlanan növləri var.


Qarğıdalının yüksək temperaturda partlayan bu növünün qəribə xüsusiyyətini ilk dəfə kimin aşkarladığı məlum deyil. Çox güman ki, qədim insanlar bundan yanğın zamanı xəbər tutublar. Əlverişli şəraitdə qarğıdalı dənəsi xarab olmadan uzun müddət qala bilir.

 

Peruda arxeoloqların aşkarladığı tapıntılar buna sübutdur. Qazıntılar zamanı tapılan qarğıdalı dənələrinin yaşı min ildən çoxdur, buna baxmayaraq, onların çoxunu indi də “partlatmaq” olar. Tapıntılar arasında popkorn hazırlamaq üçün müxtəlif ölçülərdə xüsusi qablar da aşkarlanıb.

 

Qədim zamanlarda belə qablar steatit, gil və metaldan hazırlanırdı. Hələ XVI əsrin əvvəllərində Meksikanın yerli əhalisi popkorndan təkcə qida kimi deyil, bəzək əşyası kimi də istifadə edirdi.


Avropalılar isə popkorndan ilk dəfə 1630-cu ildə xəbər tutublar. Həmin il yanvarın 22-də Cənubi Amerikada hindu qəbilə başçısı Kvodekuayn İngiltərə kolonistlərinə bir kisə popkorn hədiyyə verib. Yalnız iki il sonra Çarli Kritoz popkorn hazırlamaq üçün qurğu - “Popper”i icad edib. Qeyd edək ki, mikrodalğalı sobaların ixtirasına da popkorn səbəb olub. Persi Spenser mikrodalğalı şüaların təsiri altında çiy qarğıdalı dənələrinin odda qovrulduğu zaman olduğu kimi partladığını görüb və nəticədə yeni texnologiyanın patentini alıb.