Bu maraqlıdır!

Nə üçün benzini su ilə söndürmək olmaz

Benzin tez alışan mayelər qrupina aiddir. Bununla belə, digər tez yanan maddələrdən fərqli olaraq, heç bir halda, alovlanan  benzini su ilə söndürməyə cəhd etmək olmaz: bununla hətta yanma sahəsini artırma riski də ola bilər. 


Nə üçün yanan əşyaları su ilə söndürürlər? Əslində yanma, bir maddənin oksigenlə birləşməsi prosesidir, buna görə yanğınların söndürülməsinin əsas məqsədi yanan materiala oksigen axını məhdudlaşdırmaqdır. Su ilə söndürmək oksigenin yanan obyektə axınının qarşısını alır, obyekti  isladır və temperaturunu azalır. Benzin ilə isə bunu etmək mümkün deyil, çünki benzin su ilə qarışmır, və yanmaqda davam edir. 


Bu səbəbdən də alışan benzinin söndürülməsi üçün digər metodlardan istifadə etmək lazımdır, məsələn, qum və ya torpaq səpmək. Mümkündürsə, ilk növbədə yanğının yayılmasının qarşısını almaq lazımdır, bunun üçün ilk növbədə yanğının ətrafındakı əraziyə torpaq səpmək və sonra mərkəzə doğru hərəkət etmək lazımdır. Əgər benzin açıq yerdə alışıbsa onu torpaqla söndürmək daha da ətrafa yayılmasına gətirib çıxarda bilər. Belə halda yanğının üstünə qalın parça - xalça, palto və s. atmaq daha məsləhətdir.