Nağıllar, hekayələr

Günəş və bulud

Günəş öz odlu arabasında göy üzündə səyahətə çıxmışdı. O, şən və vüqarlı idi, şüalarını səxavətlə hər tərəfə səpələyirdi.

 

Ətrafdakılar da şən idilər. Təkcə bulud hirsli-hirsli günəşə baxaraq söylənirdi:

 

– Çox bədxərcsən! Səpələ, səpələ işığını! Görək axıra nəyin qalacaq!

 

Üzümlüklərdə isə hər bir üzüm giləsi günəşin şüasını udub sevinirdi. Elə bir ot, böcək, çiçək yox idi ki, günəşdən öz payını almasın.

 

– Hə, payla öz şüalarını, payla, – bulud heç cür sakitləşə bilmirdi.

 

– Dağıt öz dövlətini. Bir gün verməyə heç nəyin qalmayacaq. Onda baxarıq, görək onlar sənə necə təşəkkür edəcəklər!

 

Günəş isə göydə fərəhlə diyirlənərək şüalarını paylamaqda davam edirdi.

 

Batmaq vaxtı gələndə günəş şüalarını saydı və məlum oldu ki, onların hamısı, hətta ən kiçiciyi də öz yerindədir!

 

Bundan xəbər tutan bulud elə təəccübləndi ki, elə oradaca yağışa çevrilib yerə töküldü.