Xəbərlər

Aztəminatlı və valideyn himayəsindən məhrum olan uşaqlar "Ulduz" şokolad fabrikində

Veysəloğlu Qrup və Qızıl Aypara Cəmiyyətinin birgə təşəbbüsü ilə aztəminatlı ailələrin və valideyn himayəsindən məhrum uşaqların "Ulduz" şokolad fabrikinə ekskursiyası təşkil edilib.


Uşaqlar əvvəlcə fabrikin inzibati binasında şokoladın yaranma tarixi və istehsalından bəhs edən videoçarxı izləyiblər. Sonra onlar şokoladın istehsal olunduğu sahəyə baxıblar. Burada ekskursiya iştirakçılarına şokoladın hazırlanması və qablaşdırılması barədə ətraflı məlumat verilib. Gəzinti zamanı uşaqlar hazırlanan şokolad məhsullardan  dadıblar.


Ekskursiya iştirakçılarına "Ulduz" şokolad fabrikinin məhsulları hədiyyə olunub.


Qeyd edək ki, ən müasir avadanlıqlar ilə təchiz olunmuş fabrikdə istehsal edilən məhsullar, ümumilikdə dünyanın 20-dən çox ölkəsinə ixrac olunur və ölkəmizi qida sektorunda layiqincə təmsil edir.