Bu maraqlıdır!

Qəzetin yaranma tarixi nə vaxtdan başlayır

Qəzeti qədim romalılar ixtira ediblər. Hələ eramızdan əvvəl ikinci əsrin ortalarında Əbədi şəhərin (Romanı belə adlandırırlar) küçələrində qəzet satıcılarının uca səsləri eşidilirmiş: “Acta populi diurna”, yəni “Xalqın gündəlik işləri”. 
 
 
Roma qəzetləri hadisələrin xronikasının yazıldığı taxta lövhəciklərdən ibarət olub. Yuli Sezar senatın iclasları, sərkərdələrin məlumatları və qonşu dövlətlərin hökmdarların məktubları barədə hesabatları məcburi şəkildə yaymağa göstəriş verməyənə qədər həmin məlumatlar, əsasən,  qeyri-rəsmi xarakter daşıyıb. 
 
 
Qəzetlərin müasir görünüşü XVI əsrdə formalaşıb. Adını “gazzetta” adlı xırda İtaliyan sikkəsindən götürən  "qəzet” anlayışının özü elə həmin dövrdə məişətə daxil olub.  Venesiyada xəbər vərəqəsinə görə adətən gazetta ödəyirmişlər. Hesab olunur ki, informasiyanın toplanması üzrə ilk bürolar və "xəbər yazanlar” peşəsi məhz bu şəhərdə yaranıb.
 
 
Jurnalistlər çap texnologiyasını dərhal qiymətləndiriblər və bizə yaxşı tanış olan xüsusiyyətləri mətbuata gətiriblər. 1657-ci ildə İngiltərədə çıxan qəzetlərin birində ilk reklam təklifi dərc olunub, çox keçmədən II Karl sevimli itinin itməsi barədə şəxsi elan yerləşdirib, yarım əsr sonra isə Daniel Defo həftəlik “Dövlət işlərinin xülasəsi” qəzetini təsis etməklə, siyasi jurnalistikanın əsasını qoyub.