Şeirlər

Zahid Xəlil. "Hörümçək və mozalan"

Bir tor hördü hörümçək
Deşik-deşik ağ ipək.
Yaşılgöz bir mozalan
Görüb qəşəng pərdəni,
Dedi ki, mən deşərəm
Bu ağ ipək pərdəni.
O qurtarıb sözünü
Vızıltıyla özünü
Çırpdı bu qəşəng tora
Amma ilişdi ora