Xəbərlər

Paytaxt məktəblisi Avropa çempionatında ikinci yerə layiq görülüb

Bakı, 16 fevral, AZƏRTAC  

 

Paytaxt məktəblisi ciu–citsu idman növü üzrə Rusiyada keçirilən açıq Avropa çempionatında ikinci yerə çıxıb.


Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, qurumun tabeliyindəki 278 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Xəqani Mürsəlov 50 kiloqram çəki dərəcəsində rəqibləri üzərində qələbə qazanıb.


2015-ci ildən ciu–citsu ilə məşğul olan X.Mürsəlov həm ölkə, həm də beynəlxalq səviyyəli idman turnirlərinə qatılıb. Rusiya, Ukrayna və Birləşmiş Ərəb Əmirliklərində keçirilən yarışlarda yüksək yerlər tutan məktəbli, ümumilikdə, otuz iki yarışda  iyirmi qızıl, doqquz gümüş və üç bürünc medala layiq görülüb.