Xəbərlər

Şərq təqvimində Yeni il

Şərq təqvimində Yeni il qədim dövrlərdən bəri həm Çində, həm də Şərqi Asiyanın digər ölkələrində ən əsas və uzun müddət davam edən bayramlardan biri sayılır. Özünün qərb analoqundan fərqli olaraq, Çin Yeni ilinin daimi başlama vaxtı yoxdur və bu bayram hər il müxtəlif vaxtlara təsadüf edir.


Çində bayram qış gündönümündən sonra ikinci hilal zamanı (yəni dekabrın 21-dən sonra) başlayır. Qriqoryan təqvimində bu, adətən yanvarın 21-dən fevralın 21-nə qədər olan zaman kəsiyindəki günlərin birinə düşür və 15 gün qeyd olunur.


Beləliklə, Çin təqviminə əsasən, bu dəfə Yeni il 2018-ci il fevralın 16-dan başlayır və 2019-cu il fevralın 4-nə, bayram isə martın 2-nə qədər davam edəcək.


2018-ci ilin simvolu sarı torpaq itidir. İt sadiq və məkrsiz canlıdır. Buna görə də, özünüzə 2018-ci il hansı heyvanın ilidir sualını verəndə, nəzərə alın: bu il dostluq və sülhpərvərlik şəraitində keçməlidir.