Xəbərlər

Dünyanın ən ağıllı insanı: Artıq 10 yaşına çatmış uşaqlar texnologiyadan istifadə etməyi bacarmalıdır

Dünyanın ən ağıllı insanı hesab edilən professor Michio Kaku deyib ki, artıq 10 yaşına çatmış uşaqlar texnologiyalardan istifadə etməyi bacarmalıdır.  
   

AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, yazdığı kitabları ilə rekord vuran professor bunu Türk Təhsil Dərnəyinin “Türkiyənin Gələcəyinə İnanırıq: Gələcəyi Oxuyuruq” adlı IV Beynəlxalq Təhsil Forumunda çıxışı zamanı bildirib. 


Professor Michio Kaku qeyd edib ki, uşaqların internetdən istifadəsinin qarşısını almaq olmaz, onların texnologiyadan istifadə etməsinə şərait yaratmaq lazımdır. Çünki gələcək texnologiya ilə bağlı olacaq. Təhsil sistemi tamamilə dəyişəcək. Demək olar ki, bütün sahələrdə hər bir şey texnologiya ilə əlaqədar olacaq.

 

Ağıllı robotlar, kitabları əvəz edən öyrədici texnologiyalar yaranacaq. Buna görə də artıq 10 yaşına çatmış uşaqların bundan istifadə edə bilməsi üçün lazımi şərait yaradılmalıdır. Bundan əlavə, valideyn nəzarəti uşaqların texnologiyadan istifadəsində mühüm rol oynayır.