Xəbərlər

Dünyanın “ən bacarıqlı oyuncağı” 60 yaşında

İkinci Dünya müharibəsindən sonra məhv olmuş evləri təmir edən Lego bu gün uşaqlar tərəfindən ən çox sevilən oyuncaqlardan biri olub. 


AZƏRTAC BBC Türkə istinadla xəbər verir ki, danimarkalı rəssam Gotfred Kirk Kristiansen tərəfindən hazırlanan həmin oyuncaq görünüşlü vasitə qısa müddət ərzində dünyanın ən güclü markalarından birinə çevrilib. 


60 yaşlı Legonun bugünkü sahibi onu yaradan Gotfred Kirk Kristiansenin nəvəsidir. O, müsahibəsində Legonun 60 yaşına çatdığına diqqəti çəkərək deyib ki, hər birimiz qocalırıq, amma böyümək məcburiyyətində deyilik.