Xəbərlər

Yeniyetmə boksçular arasında Bakı birinciliyi başa çatıb

Bakı, 19 fevral, AZƏRTAC

 

Yeniyetmə boksçular arasında keçirilən Bakı şəhər açıq birinciliyi başa çatıb. Boks Mərkəzində təşkil olunan yarışda 229 idmançı gücünü yoxlayıb.

 

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən (BŞGİBİ) AZƏRTAC-a bildiriblər ki, 6 gün davam edən turnirin yekununda ən güclülərin adı müəyyənləşib.

 

2004-2005-ci il təvəllüdlü boksçular arasında təşkil olunan birincilikdə Əli Cəfərov (35,5 kq), Tural Həsənov (37 kq), Nihat Qurbanlı (38,5 kq), Arif Bayramov (40 kq), Turan Hacıyev (41,5 kq), Səid Abdullayev (43 kq), İlkin Dəmirov (44,5 kq), Rəvan Qasımlı (46 kq), Nuran Alıyev (48 kq), Rəsul Məmmədov (50 kq), Hacı Tağızadə (52 kq), Rza Rzazadə (54 kq), Azər Piroğlanov (56 kq), Nicat Qurbanov (59 kq), Davud İbrahimov (62 kq), Rəmiş Cəfərov (65 kq), Rəvan Quliyev (68 kq), Eldar Əsədli (72 kq), Şəfa Balayev (76 kq) və Kamal Abdullayev (76 kq-dan yuxarı) birinci yeri tutublar.

 

Qaliblərə Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri təqdim olunub.