Xəbərlər

Respublika olimpiadasının zona mərhələsində Gəncəbasar bölgəsinin 228 məktəblisi iştirak edib

Gəncə, 20 fevral, Rauf Hacıyev, AZƏRTAC

 

Təhsil Nazirliyi, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi və “Rossotrudniçestvo” Agentliyinin ölkəmizdəki nümayəndəliyinin birgə təşkilatçılığı ilə Gəncə şəhərində Rus dili və ədəbiyyatı fənni üzrə X Respublika olimpiadasının zona mərhələsi keçirilib.

 

AZƏRTAC-ın bölgə müxbiri bildirir ki, İsmət Qayıbov adına 1 saylı tam orta məktəbdə VII-VIII sinif şagirdləri arasında təşkil olunan olimpiadada Gəncə və Naftalan şəhərləri ilə yanaşı Goranboy, Daşkəsən, Göygöl və Samuxdan olan 228 məktəbli iştirak edib.

 

Qeyd edək ki, olimpiadanın nəticələri və qaliblər aprel ayında elan olunacaq.