Xəbərlər

Günorta yatmaq faydalıdır

Uşaqların günorta vaxtı yatması onlar üçün çox faydalıdır.


AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Massaçusets ştatının Amherst Universitetində bir araşdırma aparılıb. 


Araşdırma nəticəsində məlum olub ki, günorta vaxtı yatan uşaqda bunun faydası həmin gün və ondan sonrakı gün hiss edilir. Günorta yatmağın nəticəsində yaddaş güclənir, öyrənmə həvəsi yaranır, uşaqların gün ərzində əhval-ruhiyyəsi müsbət olur.