Xəbərlər

Məktəbəhazırlıq qruplarındakı uşaqların I sinfə qeydiyyatına ehtiyac yoxdur

Məktəbəhazırlıq qruplarındakı uşaqların I sinfə qeydiyyatına ehtiyac yoxdur.

 

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların növbəti tədris ili üçün həmin məktəbin I sinfinə qəbulu sistemdə avtomatik elektron sorğu yaradılmaqla həyata keçirilir.

 

Məktəbəhazırlıq qruplarındakı uşaqlar üçün sistemdə avtomatik sorğu yerləşdirildikdən sonra valideyn növbəti mərhələdə şəxsi kabinetdən müvafiq ərizəni çap edərək aprelin 1-dən etibarən məktəbə təqdim etməlidir.

 

Valideyn şəxsi kabinetə daxil olaraq Azərbaycan bölməsi üzrə martın 13-dən, tədrisi digər dildə aparılan bölmə üzrə isə mayın 1-dən yerləşdirilmiş sorğunu silib yenidən məktəb və müəllim seçə bilər.

 

Qeyd edək ki, 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.