Bu maraqlıdır!

Yazı makinası haqqında bildiklərimiz və bilmədiklərimiz

Yazı makinasının 145 yaşı var. Tarixçilərin hesablamalarına görə, bu qurğu 52 dəfə təkmilləşdirilib. İlk konstruksiyalardan birinin hündürlüyü 2,5 metrə çatır, digəri isə tamamilə ağacdan hazırlanırdı. Bəşəriyyət düz bir əsr yazı makinası olmadan keçinə bilmədi, indi isə onun yeri muzeydədir.


1914-cü ildə ingiltərəli Henri Mill öz modelinə patent alsa da, onun ixtira etdiyi yazı makinası heç vaxt istehsal olunmayıb. İlk işlək qurğu isə 1808-ci ildə italiyalı Turri Pelleqrino tərəfindən hazırlanıb. Lakin həmin yazı makinasının nə özü, nə də təsviri bizə qədər gəlib çatmasa da, onun vasitəsi ilə çap olunan yazılar qorunub saxlanılıb.


1868-ci ildə Miloukidən olan qəribə və həmişə pinti geyinən mexanik Kristofer Şoulz gələcək “Remington”un patentini alır. İstehsalçını tapmaq üçüm 5 il, yeniliklə işgüzar insanların və hökumət müəssisələrinin kütləvi şəkildə maraqlanması üçün isə daha 8 il vaxt lazım gəlir. Nəhayət, 1873-cü il martın 1-də Amerikanın “Remington” silah firması yazı makinalarının seriyalı istehsalına başlayır.


Şoulz, həmçinin sonradan kompüterlərdə də istifadə olunacaq QWERTY klaviatura düzülmə qaydasını fikirləşir. O, ingilis dilində hansı həriflərin çox vaxt yanaşı rast gədiyini analız edir və çəkiclərin biri-birinə maneə olmaması üçün onları ayırır.


Yazı makinasından istifadə edən ilk yazıçı isə Mark Tven olur.


“Remington” firması əvvəlcə öz məhsulundan əsasən qadınların istifadə edəcəyini düşünür və onu çiçək təsvirləri ilə bəzəyirdi. Buna baxmayaraq, 1910-cu ilə qədər ABŞ-da makinaçıların 19 faizi kişilər olur.

 

“Ginnesin Rekordlar Kitabı”na daxil edilən çap sürəti rekordu – dəqiqədə 750 işarə - 2005-ci ildə amerikalı Barbara Blekbörn tərəfindən müəyyən edilib. XX əsrin sonlarında yazı makinasını da aerostatın, buxar mühərriklərinin və vinil plastinlərinin aqibəti gözləyirdi – onların yerini yeni texnologiyalar tutdu.