Bu maraqlıdır!

Fevral niyə 28 gündür?

İndi istifadə etdiyimiz təqvimdə ilin 12 ayından 11-i 30 və ya 31 gündən ibarətdir. Yalnız fevral ayı 28, dörd ildən bir isə 29 gün davam edir. Bu, nəyə görə belədir və fevral ayı niyə qısadır?

 

Romalılar milad təqvimindən əvvəl 10 aylıq təqvim tərtib ediblər. Həmin təqvimdə aylar gecə və gündüzün bərabər olduğu və min illərdir həyatın başlanğıc nöqtəsi olaraq qəbul edilən mart ayından başlayıb. Sonrakı aylar aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr adlandırılıb.   

 

İyuldan dekabra qədər olan təqvim aylarının adları romalılar 5, 6, 7, 8, 9 və 10 rəqəmlərinin tələffüzdə səslənməsi ilə düzüblər.  Martdan başlayan təqvimə görə həmin aylar ilin 5, 6, 7, 8, 9 və 10-cu ayları idilər. 10 aylıq təqvimdə yerdə nəzərə alınmayan 60 gün saxlanılıb. Qalan 60 gün yanvar və fevral adları ilə təqvimə əlavə olunub və bununla da təqvim tamamlanıb. İlin ilk ayı mart, son ayı isə fevral olub.

 

Əsrlər keçəndən sonra miladdan 46 il əvvəl Roma imperatoru Yuli Sezar siyasi səbəblərdən təqvimdə bəzi dəyişikliklər edib. İlin on bir ayı 30 və 31 gün olaraq müəyyən edilib, son ay olan fevralda 28 gün və hər dörd ildən bir daha əlavə bir gün ayrılıb. Sonradan heç bir səbəb göstərilmədən yanvar ilin ilk ayı elan edilib. Hər dörd ildən sonra bir gün yeni sistemdə ilin ikinci ayı olan fevrala əlavə olunub.

 

Yuli Sezarın ölümündən sonra romalılar aylardan birinə çox sevdikləri imperatorun şərəfinə  Yuli (iyul) adı veriblər. Sezardan sonra hakimiyyətə gələn imperator Avqust öz şərəfinə Sextilis ayının adını dəyişərək avqust elan edib. Ancaq ortaya başqa bir problem çıxıb. Sezarın ayı 31 gün, Avqustun ayı isə 30 gün olub. İmperator 29 gündən ibarət olan fevraldan daha bir gün kəsib avqust ayına əlavə etməklə problemi yoluna qoyub.  Beləliklə, iki ay - iyul və avqust 31 gün, fevral isə 28 gün, dörd ildən bir isə 29 gün olub.