Nağıllar, hekayələr

Ana dili ölkəsinə səyahət - linqvistik nağıl

"Ana dili ölkəsi" adlanan bir krallıqda İsim, Sifət, Fel və Əvəzlik adlı nitq hissələri yaşayırdı.


Ailə böyük idi, amma təəssüf ki, mehriban deyildi. Nitq hissələri tez-tez aralarında mübahisə edir, kimin ən vacib olduğunu sübut etməyə çalışırdılar, çünki hər bir nitq hissəsi özünü ən vacib hesab edirdi. Mübahisələr zamanı heç biri digərinə təslim olmaq istəmirdi. Bax beləcə, bu mübahisə uzun müddət davam etdi.


Fel ən yüksək səslə və ən çox mübahisə edən idi. O, həmişə yalnız əmr vermək istəyirdi. O, hər dəfə ən yüksək pilləyə qalxaraq, əmr edirdi: “Dayanın! Oturun! Sakit olun!". Digər nitq hissələrinin, əlbəttə ki, bu, xoşuna gəlmirdi - axı, onlar da fel kimi, Ana dili ölkəsində özlərini əsas hesab edirdilər.

 


Məsələn, əvəzlik tam əmin idi ki, onsuz onların böyük ailəsi ümumiyyətlə mövcud ola bilməz. Buna görə də təntənəli şəkildə elan etdi: "Mən, sən, o, onlar - biz birlikdə mehriban bir ailəyik!".

 


Nitq hissələrinin ən yola gedəni isə Sifət idi. Hətta o, həm İsim, həm də Fel ilə eyni cümlədə yan-yana durmağa razılaşdı. Buna görə də, Sifət  mübahisəyə girəndə daha dinc və sakit bir atmosfer yaranırdı. Sifət “Bu gün hava çox gözəldir!” və ya “Nə gözəl gundür!” deyəndə, ətrafdakıların hamsı bir anda susurdu.


Ancaq Ana dili ölkəsində ən təvazökar, ağıllı və xeyirxah - İsim idi. O, heç vaxt heç kimlə mübahisə etmir, səsini qaldırmır, ancaq səssizcə başını tərpədərək, digər nitq hissələri mübahisə etdikdə sakit şəkildə gülümsəyərdi.

İsim yüksək səslə onun nitqin ən vacib hissəsi olduğunu rahatca bəyan edə bilərdi, lakin o bunu etmirdi. Doğrudan da, onsuz Ana dilində bir cümlə belə qurmaq mümkün deyil. Lakin İsim öz yoldaşlarından daha müdrik idi...


Nəhayət, İsmin də öz fikrini bildirmək imkanı gəlib çatdı. İsim sakit, rahat bir tərzlə izah etdi ki, boş yerə mübahisə etməyə ehtiyac yoxdur, çünki bu sehrli ölkədə hər bir Nitq hissəsi vacib və lazımlıdır. Axı, yalnız bunların hamsının sayəsində Ana dili bu qədər gözəl və düzgün ola bilər!


Nitq hissələri arasında sükut çökdü. Nitqin hər bir hissəsi İsimdən eşitdikləri hər şeyi ciddi şəkildə nəzərdən keçirtdilər və birdən-birə bir-birləri ilə mənasız yerə mübahisə etdiklərini anladılar. Axı, onların hamısı Ana dili ölkəsi üçün çox lazımlıdır - bu isə çox vacibdir! 


Krallıqda, nəhayət, çoxdan gözlənilən sülh hökm sürdü. Nitq hissələrinin heç biri artıq mübahisə etmir, özlərini artıq ən vacib adlandırmadılar. Bir-biri ilə barışdılar və bu barışığın şərəfinə böyük və möhtəşəm bir əyləncəli tədbir təşkil etdilər. Nitqin ən müdrik hissəsi olan, İsim, haqlı olaraq tədbirin Kraliçası seçildi.


O vaxtdan bəri Ana dili ölkəsinin bütün sakinləri dinc və tam harmoniya içində, məmnun və xoşbəxt yaşayır.