Xəbərlər

“Fitbit” uşaqlar üçün fitnes-treker buraxıb

Bakı, 15 mart, AZƏRTAC


“Fitbit” şirkəti uşaqlar üçün “Ace” adlanan fitnes-treker buraxıb.


AZƏRTAC-ın “vevby.ru” saytına istinadən məlumatına görə, bu cihazın köməyilə valideynlər övladlarının fəallığına nəzarət edə biləcəklər. 


Bildirilir ki, “Fitbit Ace” adi fitnes qolbağı kimi çalışır, ancaq onun istiqaməti uşaq inkişafı spesifikasındadır. Cihaz 8 və daha yuxarı yaş üçün istifadəçilərə yararlıdır. Cihaz heç olmasa saatda bir dəfə uşağı 250 addım addımlamağa stimullaşdıracaq. Bu intervalı ayrıca olaraq da müəyyən etmək mümkün olacaq. Təxmin edilir ki, uşağın aktivliyi ilə bağlı bütün məlumatlar valideynlərin telefonuna gələcək.


Treker artıq çəki ilə mübarizə üçün buraxılıb. Rəsmi məlumatlara istinadən, son 20 ildə uşaq piylənməsinin səviyyəsi 14 faizdən 18,5 faizə qədər artıb. 


“Fitbit Ace” bir dəfə enerji ilə doldurulduqda, təxminən bir həftə işləyir. Cihaz suya və toza dözümlüdür, “Adroid” və iOS əməliyyat sistemli telefonlara aiddir. Məhsulun qiyməti təxminən 105 dollar təşkil edir.