Bu maraqlıdır!

Dünyanın ən çirkli çayı

Çitarum dünyanın ən çirkli çayıdır. Bu çay İndoneziyanın Yava adasında axır. Əvvələr buranı cənnət torpaqları da adlandırırdılar. Bu gün isə Çitarum çayında zibillərin çoxluğundan su belə görünmür. “Asian Development Bank”ı çayın təmizlənməsi üçün 500 milyon dollar ayırıb. Çitarum çayının suyu adi sudan min dəfə çirkli sayılır. Ətrafa yayılan zəhərli maddələr ümumilikdə 200 milyon insanın həyatı üçün təhlükə mənbəyidir.


Çayın zəhərlənməsinə səbəb torpaqdakı qurğuşun, havaya atılan kimyəvi maddələr və çaylara axıdılan zavod və fabrik tullantılarıdır. İndoneziyada fəaliyyət göstərən iki minə yaxın fabrik sənaye tullantılarını məhz bu çaya axıdır. Əslində bu, böyük fəlakətdir. Çünki Çitarum çayı minlərlə yerli sakin üçün həyat mənbəyidir.


Məlumat üçün bildirək ki, Çitarum Yava adasında iki ən böyük çaylardan biridir və Saqulinq gölünə qovuşur. Çayın üzərində İndoneziyanın ən böyük hidroelektrik stansiyası da inşa edilib.