Xəbərlər

"Milli pul nişanları uşaqların dünyasında" adlı tədbir keçirilib

Bakı, 19 mart, AZƏRTAC


Mərkəzi Bankda 8-12 yaşlı uşaqlar üçün "Milli pul nişanları uşaqların dünyasında" adlı tədbir keçirilib. 


Mərkəzi Bankdan AZƏRTAC-a bildiriblər ki, uşaqlara Azərbaycan Respublikasının milli pul tarixi və pul nişanları barədə məlumatlar təqdim edilib. 


Tədbirdə məktəblilər milli manatımız haqqında şeir, tapmaca və hekayə söyləyib, çəkdikləri rəsm və hazırladıqları digər resursları nümayiş etdirib. Uşaqlara Mərkəzi Bankın mütəxəssisləri tərəfindən saxta pulları müəyyənləşdirməyin yolları göstərilib, eləcə də Mərkəzi Bankın Xəzinəsinə ekskursiya təşkil edilib.


Qeyd edək ki, Qlobal Pul Həftəsi martın 12-18-də dünyanın 180-dən çox ölkəsində qeyd olunur.