Təbiət

Dünyanın ən sirli yeri “Saharanın Gözü”

Mavritaniyanın Sahara səhrasında ən təəccüblü geoloji möcüzələrdən biri olan "Saharanın Gözü" yerləşir. 

 

“Saharanın Gözü” kimi tanınan “Rişat” dünyanın ən gözəl geoloji və sirli yeri sayılır. Səhranın ortasında öküz gözünü xatırladan bu yerin diametri 50 km-dir. Kosmik gəmilərin ekipajları hətta səmti müəyyənləşdirmək üçün (oriyentir) kimi Saharanın Gözündən istifadə edir. Əvvəllər hesab edirdilər ki, həmin yerə meteorit düşüb. Bir sıra araşdırmalaradan sonra bu fikri təkzib etdilər. Alimlər torpağın erroziyası ilə belə bir gözəlliyin yarandığını bildirlər.


Alimlərin fikrincə struktur tədricən halqaların bir-bir meydana gəlməsi nəticəsində əmələ gəlmişdir. Ən qədim halqa Rişatın yaşı 500-600 milyon ildir.


“Saharanın Gözü” Proterozoy erasının sonu (2,5 milyard il) və Ordovik dövrü (480 milyon il) ərzində formalaşmışdır