Maraqlı tapmacalar
Bir ağacım var, on iki budağı,
Hər budağın otuz yarpağı.
( Açması : İl, aylar, günlər, gecə, gündüz)
Bostanda var bir arvad,
Paltar geyib qatbaqat.
(Açması : Kələm)
Yer altında sarı biz.
(Açması : Kök)
Bir dağarcıq unum var,
Içində bir oxlov.
(Açması : İydə)
Bir təndirim var iki çörək tutur.
(Açması : Qoz)
Bu yanı taxta, o yanı taxta,
Yumuru bəy otaqda.
(Açması : Fındıq)
Əyri-üyrü boy atar,
Ayağı yerə batar.
Salxım-salxım sallanar
Altında sarvan yatar.
(Açması: Söyüd ağacı)
İnəyim var eşikdədi,
Alı-ili eşikdədi,
İldə bir kərə sağılar.
Özü yenə eşikdədi.
(Açması: Bağ)
Babam oturub al çuxada,
Kim soyundursa gözü çıxar.
(Açması: Soğan)
Bağda bitər tağı yox,
Ha sıxarsan yağı yox.
(Açması: Bibər)
Ağzı birdi, dili mindi,
Gah belə deyir, gah elə.
(Açması: Qələm)
Ağca atı nalladım,
Səmərqəndə yolladım.
(Açması: Məktub)