Odlar Yurdu

Azərbaycan manatının tarixi

Azərbaycan manatı - Azərbaycan Respublikasının pul vahididir. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır.

 

Manatın emissiyası və tədavüldən çıxarılması hüququ yalnız dövlətin müstəsna mülkiyyətində olan Mərkəzi Banka mənsubdur. Azərbaycan manatı türk ölkələrinin ən dəyərli milli valyutasıdır.

 

 

 

1992-ci il avqustun 15-də Azərbaycan manatı tədavülə buraxılıb. 1994-cü il yanvarın 1-dən manat ölkədə yeganə ödəniş vasitəsi elan olunub və sovet rublu dövriyyədən çıxarılıb. 

 

Azərbaycan Prezidentinin "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında "2005-ci il 7 fevral tarixli Fərmanı ilə 2006-cı il yanvarın 1-dən etibarən yeni nəsil pul nişanları dövriyyəyə buraxılıb.

 

Azərbaycanın yeni nəsil əsginas və sikkələrin dizaynları vahid konsepsiya əsasında hazırlanıb. Yeni pulların dizayn mövzusu "Müstəqil Azərbaycan" müəyyən edilib.

 

 

 

1 manat - mədəniyyət, 5 manat - yazı və ədəbiyyat, 10 manat - tarix, 20 manat - Qarabağ, 50 manat – təhsil və gələcək, 100 manat isə iqtisadiyyat və inkişaf mövzularına həsr olunub.