Şeirlər

Teymur Elçin. "Sərçə"

Səhər-səhər bağçada,
Bir sərçə dən yeyirdi.
Hərdən baxıb üzümə,
"Cik-cik, cik-cik" deyirdi.

 

O yedi, doydu, qaçdı,
Birdən itdi gözümdən.
Bəs, o balaca sərçə
Hara getdi gözümdən?!

 

 

 

Çox çağırdım, gəlmədi,
Tutdu ağlamaq məni.
Birdən kolun dalından
Uçan gördüm sərçəni.

 

O uçdu, uçdu, uçdu,
Qondu yaşıl budağa.
Ha çağırdım, gəlmədi,
Uçub getdi uzağa.