Xəbərlər

Uşaqlar çərpələng hazırlayacaqlar

 

Bakı, 12 aprel, AZƏRTAC

 

Aprelin 22-də "Moms&Kids" klubu Botanika bağında ustad dərsi keçirəcək.

AZƏRTAC xəbər verir ki, ustad dərsində uşaqlar çərpələng düzəldəcək və bəzəyəcəklər. Bundan əlavə, qonaqları hamburger, içki, şirniyyat və fotosessiya gözləyəcək. Saat 12:00-da başlanacaq ustad dərsi dörd yaş və dörd yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulub.