Şeirlər

Səyadulla Kərimli. Baba nağıl danışdı

 

Baba nağıl danışdı,
Balaca nəvəsinə.
Nəvə qulaq asırdı,
Əl qoyub çənəsinə.

 

Baba danışdıqca o,
Haldan-hala düşürdü.
Gah sevincdən gülürdü,
Gah da çox düşünürdü.

 

Birdən sıçrayaraq o,
Söylədi ki,ay baba,
Gəl gedək adamyeyən,
O divləri qırmağa…