Şeirlər

Mir Sabir. “Kələm”

Nəyə görə kələm, sən
Bu qədər geyinmisən?
Donun ondan da çoxdur,
Bəlkə sənə soyuqdur.
Gəl onda sən yubanma,
Tez qazana gir, isin.
Anam səndən axşama
Dadlı dolma bişirsin.