Xəbərlər

Uşaqlar üçün maarifləndirici tamaşa: “Fəlakət və insan”

Aprelin 22-də Pantomima teatrının səhnəsində “Fəlakət və insan” tamaşası nümayiş olunacaq. 


AZƏRTAC xəbər verir ki, bu tamaşa uşaqlar üçün maarifləndirici xarakterini daşıyır.


Tamaşada ekstremal şəraitə düşən insanın necə hərəkət etməli olduğu barədə tövsiyə və qaydalar bədən dili ilə tamaşaçılara çatdırılır. Saat 14:00 və 16:00-da başlanacaq tamaşa üç yaş və üç yaşdan böyük uşaqlar üçün nəzərdə tutulub.