Bu maraqlıdır!

Otlar niyə yaşıl olur?

Bütün yaşıl bitkilərin tərkibində xlorofil adlı maddə olur. Xlorofil yarpaq və bitkilərdə fotosintez prosesinin getməsi üçün əsas rol oynayır.

 

Fotosintez bitkilərin yaşıl hissələrində günəş şüasının təsiri ilə üzvi maddələrin əmələ gəlməsi və havadakı karbon qazını alaraq əvəzində oksigen qazını verməsidir.

 

Yarpaqların tərkibində həm də, ksantofil və karotin adlı sarı və narıncı rəngli piqmentlər var. Yay fəslində bitkilərdə xlorofil üstünlük təşkil etdiyi üçün bu piqmentlər görsənmir. Ancaq payız fəslində günəş şüasının az düşməsindən xlorofil parçalanır, nəticədə yarpaqlar sarı və ya narıncı rəng alır.