Şeirlər

Aləmzər Əlizadə. İpək dəsmal

Ramiz bağçaya gedir,
Yamanca şadlıq edir.
Güllü ipək dəsmalı,
Yaxasından asılı.


Çirklənsə üzü-gözü,
Dəsmala dəymir özü.
Tezcə silir qoluna,
Qorxur dəsmal bulanar.


Köynəyinin qolu çirk,
Üzü-gözü dolu çirk
Bağçadan gəlir Ramiz,
İpək dəsmal tərtəmiz.