Bu maraqlıdır!

Bilirsinizmi diyircəkli qələm necə düzəldilib?

Diyircəkli qələm ilk dəfə 1939-cu ildə Vladislav Jozef tərəfindən icad edilib.


Əvvəllər məktub yazarkən nisbətən duru mürəkkəblə yazan lələkli qələmlərdən istifadə edirdilər. Diyircəkli qələm isə bu qələmlərdən fərqli olaraq qatı mürəkkəblə yazır və vərəqdə yayılmadığı üçün ondan istifadə etmək daha rahatdır. Bu mürəkkəb borucuq şəklində olan milin içərisində yerləşir. Milin sonunda kiçik diyircəkli kürəcik var. Qələmi kağızda hərəkət etdirdikdə bu kürəcik qatı mürəkkəblə islanır və nəticədə yazı əmələ gəlir.