Şeirlər

Uşaqlar üçün maraqlı yanıltmaclar

 

Milli folklor nümunələrimizdən biri də yanıltmaclardır. Yanıltmaclarda əsas məqsəd dildə olan çətin sözləri yaxşı tələffüz etməyi bacarmaq, söz ehtiyatını artırmaq, tez-tez danışmaq vərdişlərinə yiyələnməkdən ibarətdir.

 

 

Qovlamalaşsan da, qovlamalaşacağam,
Qovlamalaşmasan da, qovlamalaşacağam.


Boz atın boz torbasın boş as başından,
Apar, islat gətir, yaş as başından.

 

 

 

 

 

 

Ocağı qığılcımlandırma, 
Qığılcımlandırsan da, qığılcımlandıracağam,

Qığılcımlandırmasan da, qığılcımlandıracağam.

 

 

 

 

 


 


Yorğana yoğrul yorğun.


Zamanın samanlığına saman gəlincə,
Samansız zamanın samansızlıqdan canı çıxdı.