Bayatılar

Araz Yaquboğlu. Bayatılar öyrənək

Aşıq, ağıllı anam,
Dili nağıllı anam.
Ay boxçası şirinli,
Şəkər, noğullu anam.
 
Əzizim, anam, ağlama,
Vəfalı sonam, ağlama.
Qorxuram ah çəkəsən,
Od tutub yanam ağlama.
 
Əzizim, ağla, nənə,
Sinəni dağla, nənə.
Bir oğul var əmanət,
Get onu yoxla, nənə.