Şeirlər

Mənsurə Qaçayqızı. "Ayxan həkim"

Bir gün kiçik Ayxanın
Xəstələndi nənəsi.
Onun yanına gəldi
Şirin, dəcəl nəvəsi.

 

Qulaq asdı nənənin
Köksündə ürəyinə.
Nəbzini yoxlayaraq
Əl qoydu biləyinə.

 

 

 

 

 

Sonra qaşların çatıb
Ayxan çox fikrə getdi.
Həkimsayağı durub
Nənə ilə söhbət etdi.

 

– Yeməlisən çoxluca,
Konfet, şokalad, banan,
Səndə xəstəlik yoxdur,
Tez sağalarsan, inan!