Xəbərlər

Danimarkada 13 yaşlı uşaq tarixi əşyalar aşkar edib

Almaniyada 13 yaşlı uşaq xristianlığı Danimarkaya gətirən kral Harald Bluetootha aid mühüm əsərlər aşkar edib. 


AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, həmin əsərləri aşkar edən uşaq müəllimi ilə birlikdə əvvəlcə onların qiymətsiz alüminium əşyalar olduğunu fikirləşib. Lakin araşdırdıqdan sonra hər birinin gümüş olduğu müəyyən edilib. 


Bundan sonra həmin bölgədə yenidən qazıntı işləri aparılıb. Nəticədə krala məxsus 986 parça gümüş əsər aşkar olunub.