Bu maraqlıdır!

170 ildir heç kimin görmədiyi “quş” Borneo adasında lentə alınıb

Borneo adasında 170 ildir heç kimin görmədiyi, nəsli kəsilmiş hesab edilən, inanılmaz dərəcədə gözəl və nadir quş sayılan “Qara gözlü siçan kəklikotu” (Malacocincla perspicillata) lentə alınıb. Belə ki, 2020-ci ilin oktyabr ayında İndoneziyanın Cənubi Kalimantan əyalətinin iki sakini meşədə, göz ətrafında qara zolaqları olan naməlum boz-qəhvəyi quşun şəklini çəkib, mütəxəssislərə göstərdilər. Mütəxəssislər, bu quşların məhz 170 ildir heç kimin görmədiyi “Malacocincla perspicillata” olduğu fikrini irəli sürdülər. Əslində, Malacocincla perspicillata, Asiya ornitologiyasının əsas sirlərindən biri hesab edilir.


Bu vaxta qədər bu quş 1843-1848-ci illər arasında Borneo adasının bir yerində görülüb, sonrakı 172 il ərzində isə heç kim bu növün canlı nümayəndələrinə rast gəlməyib. Bəzi quş müşahidəçiləri hətta bu quş növünün yoxa çıxdığına inanırdılar. Tapıntı, Qara gözlü siçan kəklikotu quşunun nəslinin tükənmədiyini bir daha göstərdi. Bundan əlavə, onun sayəsində mütəxəssislər bu quşların harada yaşadığını dəqiq müəyyənləşdirdilər.


Hollandiyanın Leyden şəhərinin muzeyində saxlanılan nümunənin gözləri “sarı”, canlı ekzemplyarın gözləri isə qırmızıdır; dimdik və pəncələrin rəngində də fərqlər var. Eyni zamanda, yeni əldə edilmiş quşların hansı həyat tərzi sürdüyü, hansı ekoloji şəraitə üstünlük verdikləri və insan fəaliyyətindən əziyyət çəkib-çəkmədikləri naməlum olaraq qalır.