Ağaclar haqqında tapmacalar
Əyri-üyrü boy atar,
Ayağı yerə batar.
Salxım-salxım sallanar,
Altında sarvan yatar.
(Söyüd ağacı)
Uzanar, ha uzanar,
Qollarınnan balalar.
(Ağaclar)
Yaşılı yamanca bərkdi,
Sarısı lap göbələkdi.
Əl vurma, düşəcəkdi.
(Ağac yarpağı)
Əynində yaşıl donu,
Damarları görsənir.
(Yarpaq)