Təbiət

Quşların yuvası

Heyvanlar dünyanın ən müxtəlif guşələrində, okeanların dərinliklərində və ya dağ zirvələrində yaşayırlar. Bəzi canlılar isə yuvalarını özləri düzəldirlər. Məsələn, dovşanlar torpağı eşərək orada yuva qururlar. Belə yerlərdə onlar həm istirahət edir, həm də təhlükədən qorunmuş olurlar. 


Yuva mövzusunda quşlar ən təcrübəli canlılar hesab olunurlar. Onlar budaqlarda, ağacların oyuqlarında yuva qura bilirlər.


Göyərçinlər yuvalarını əsasən yaşayış evlərinə yaxın yerlərdə düzəldirlər. Yəqin ki, çoxlarımız bunun şahidi olmuşuq. 


Quş yuvası quşların həm yaşadığı, həm yumurtalarını qoyduğu, həm də balalarını böyütdüyü yerdir. Yuvanı düzəldən quş əvvəlcə istifadə edəcəyi materialı toplayır. Yaşıl və təzə yarpaqlardan özünə uzun nazik iplər kəsir və yarpaqların əsas damarlarını götürür. Xüsusilə təzə yarpaqları seçməsinin səbəbi isə odur ki, quru yarpaqlardan götürəcəyi materiala nəzarət etmək və bunları toxumada istifadə etmək çox çətindir, ancaq təzə yarpaq lifləri ilə bu prosesi çox rahat edə bilir.


Bəzi quşlar yuvalarını yırtıcı heyvanlardan qormaq üçün gizli yerlərdə qururlar. Bəzən quşlar yuvalarını qurarkən həşəratlar yuvaya yaxın gələ bilməsin deyə xüsusi qoxulu bitki materiallarından istifadə edirlər.