Atalar sözləri

Birlik haqqında atalar sözləri

"Mən kimdən?" demə, 
"Məndən kim!" de.

*****
Ağıllı düşmən nadan dostdan yaxşıdır.

*****

Birləşmək başlanğıcdır, birliyi davam etdirmək inkişafdır; birlikdə işləmək müvəffəqiyyətdir. (Amerika atalar sözü)

*****

 

 

Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş.

*****
El bir olsa – dağ oynadar yerindən, 
Söz bir olsa, zərbi kərən sındırar.

*****

Qonşunun haqqı axirət haqqıdır.

*****
Qoyun quzusunun ayağını basmaz.

*****

 

Sidq ilə dost olan ürəkdən də bir gərək.

*****
Tək əldən səs çıxmaz.

*****
Vəfalı dost yad olmaz, görməsə yüz il səni.

*****
Yaxşı dostu yaman gündə sına.