Tapmacalar

İnsan və onun bədən üzvləri haqqında tapmacalar

Ala qapı, zəncir sapı, 
Beş budağı, bir yarpağı.
Cavab: Əl
 
 
Beş dərviş bir quyuya daş atar.
Cavab: Ağız və barmaqlar
 
 
 
 
 
Altı mərmər,
Üstü mərmər,
İçində bir 
Bülbül oynar.
Cavab: Dil
 
 
 
Aşağı əyirəm tökülməz, 
Qırağı çəpərdi sökülməz, 
Yerində sarımsaq əkilməz.
Cavab: Göz
 
 
 
 
 
 
Bilmədik hardan gəldi,
Ətdən sümükdən gəldi,
Oraqla ha doğradıq,
Təzədən bir də gəldi.
Cavab: Saqqal
 
 
 
Bir ağacım var - bir gövdəsi, beş budağı, 
Hər budaqda bir sədəf.
Cavab: Bilək, barmaqlar və dırnaqlar
 
 
Bir ağacım var, iki budağı.
Cavab: Adam qolu